Ru
10:29 / 04 Oktyabr 2019

Binəqədidə qaz yoxdur - Səbəb

5541
Bakının Binəqədi rayonunda avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən BakuPost.az-a verilən məlumata görə, dünən gecə saatlarında “Azəriqaz”ın 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər