Ru
11:52 / 04 Noyabr 2019

Bir “dəli”nin 25 illik həyatı - FOTO

2653
Noyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Dəlinin qeydləri" mono-tamaşasının növbəti nümayişi olacaq.



BakuPost xəbər verir ki, N.Qoqolun məşhur qəhrəmanı Aksentiy İvanoviç Poprişinin xatirələri bu dəfə 25 illik zaman kəsiyindən dinləniləcək.



25 ildir respublikanın əməkdar artisti Şövqi Hüseynovla "yol yoldaşı" olan "Dəlinin qeydləri" bu illər ərzində dünyanın müxtəlif ölkələrində oynanılıb. Bir çox beynəlxalq teatr festivallarının əsas mükafatını qazanıb. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Mono-tamaşanı 25-ci yubiley ilində seyr etmək istəyənlər noyabrın 8-i saat 19.00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinə dəvət olunurlar.











Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər