Ru
13:19 / 18 Fevral 2020

Bir fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu – FOTO

2789



Bir müddət öncə sosial şəbəkədə yayılan bir foto ilə məşhurlaşan Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmov bu gün Təhsil Nazirliyində olub.

"BakuPost" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb. Onun sözlərinə görə müəllimi Təhsil nazirinin müşaviri Elnur Məmmədov qəbul edib.

Xatırladaq ki, Dəlləkli kəndinin ümumi orta məktəbində çalışan ibtidai sinif müəllimi Nəcəf Məhərrəmovun qar yağdığına görə şagirdlərini özü məktəbə apararkən fotosu yayılmışdı. O, şagirdlərindən öndə gedərək, onlara yol açıb və uşaqları məktəbə aparıb. Hətta şagirdlərinin çantasını da daşıyaraq onlara yardımçı olub. Qısa müddət ərzində şəkil sosial şəbəkədə yayılıb və görənlərin rəğbətini qazanıb.
Bir fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu  – FOTO
Bir fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu  – FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər