Ru
14:24 / 23 İyul 2020

Biz istedadları məhv etməyə çalışırıq, onlardan qisas alırıq…

5919

Anar Niftəliyev

Özümü dərk edəndən hər zaman düşünmüşəm: Azərbaycan niyə parçalandı, niyə bu günlərə qaldıq, niyə 2,8 milyon kv/km-dan 86,6 min kv/km-ya düşdük və onun da 17 mini belə...

Yəqin ki çox səbəbi var. Bir səbəbi də odur ki, bizdə birincilərin ətrafında “başlar” çox azdır və yaxud yoxdur; biz istedadlıları hər zaman məhv etməyə çalışırıq, onların yolunu kəsirik, onlardan istedadlı olduqları üçün qisas alırıq; biz o istedadları bir amal uğrunda birləşdirməyi, böyük olmağı, güclü olmağı hədəfləmirik. Yalnız düşündüyümüz bir şey var – bu “baş” mütləq boy göstərəcək və məni qabaqlayacaq.


Heç düşünmürük ki, o ağıllılar, vətənsevərlər, milləti üçün canından keçməyə hazır olan ziyalılar bizim yanımızda təkcə Vətənə, dövlətə deyil, həm də mənim özümə xidmət edir: sənin ətrafında nə qədər ağıllı adam varsa, nə qədər strateq varsa, sən bir o qədər güclüsən. Dahi də olsan, yanında ən azı səni dərk edənlər olmalıdır, sənə ayı xidməti edənlər yox.
Qol-qanadın yoxdursa, sən Şahin, Qartal ola bilməzsən!

Şah İsmayıl – bu balaca, cılız, 13 yaşlı uşaq o böyüklükdə və 300 ilə qədər yaşayacaq nəhəng imperiyanı Hüseyn Lələ ilə, Dədə ilə və adını xatırlamadığım, unutduğum “başlar”la qurdu, igidlərlə böyütdü.

Böyük Pyotr hələ də dünyaya meydan oxuyan imperiyanı zibilliklər içərisindən kimlərlə qaldırdı?
“Dünən”ə qayıdaq: Xalq Hərəkatı niyə güclü idi? Çünki ilk başda böyük ziyalılar, başlar vardı. Sonra niyə uçuruma getdi? Çünki “başlar”ı çaqqallar uzaqlaşdırdı ordan (Ziya Bünyadovun xatirələrini yadınıza salın).

Ətrafına topladığın başlar səni “kölgəyə” atmır, ata bilməz, mümkün deyil. Bu başlar səni yalnız böyüdə bilər.
Aslanların başında (ətrafında, yanında) çaqqallar olmur - aslanlar olur, qurdlar olur. O qurdlar, o aslanlar Aslanın yanında olmayanda, çaqqallar Aslana hücum edir.

Dünyanın ən böyük dərdi də Aslanın çaqqallar pəncəsində çarəsiz qalmasıdır. O mənzərənin dəhşətini Yutubda izləyə bilərsiniz.
Allah bütün Aslanlarımızı çaqqal sürüsündən qorusun!
Allah bütün “başlarımızı” hifz eləsin – bu Vətən üçün, bu millət üçün və Birinci üçün!

Qeyd: Təqdim olunan material Anar Niftəliyevin feysbuk statusudur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər