Ru
14:10 / 13 Aprel 2021

"Bizə atılan böhtanlara yüksək səviyyədə cavab verə bilmirik" - Deputat

997
"Dövlət imkanı daxilində şəhid ailələrinə, qazilərə böyük güzəştlər nəzərdə tutub: mənzillə təminat, birdəfəlik yardım, şəhidlərin büstünün qoyulması və s. bu qəbildəndir. Ancaq məncə, şəhid ailələrinə ən böyük təskinlik qələbəmizdir. Biz qələbənin möhkəmləndirilməsi üçün hələ çox iş görməliyik".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Deputat qeyd edib ki, biz qələbə eyforiyasını yaşadığımız vaxtda ermənilər bütün dünyada Azərbaycana qarşı informasiya işini gücləndirir:

“Rusiya mediasına baxıram. Bizə atılan böhtanlara yüksək səviyyədə cavab verə bilmirik. Diaspor qurumları da aktiv olmalıdır”.

S.Rüstəmxanlı təklif edib ki, Azərbaycana qarşı gücləndirilən ermənilərin informasiya savaşı ilə əlaqədar olaraq informasiya mərkəzi yaradılsın:

“Mən buna ehtiyac görürəm. Bəlkə də adı “Qarabağ informasiya mərkəzi” ola bilər. Bu mərkəzdə antiazərbaycan yazılarına layiqli cavab verilə bilər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər