Ru
12:23 / 10 Fevral 2020

"Bizə hücum etdilər" - Elza Seyidcahandan MSK sədrinə

5759
Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə seçki ilə bağlı açıqlama verib.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən sənətçi instaqramda canlı yayıma qoşularaq bacısı Mehribana hücum olunduğunu söyləyib:


“Bizə təzyiqlər göstərdilər. Sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Belə qırğın etməyə dəyməz! Mənə millət vəkili olmaq lazım deyil, onsuz Allah tərəfindən sənətkar kimi seçilmişəm. “YAP”ın fəxri üzvüyəm, amma məni burada düşmən kimi qarşıladılar. Bir kişi bacım Mehribanın üstünə atıldı ki, onu döysün. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova səslənirəm, məsələ araşdırılsın”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər