Ru
13:18 / 22 Noyabr 2021

“Bizə torpaq üçün müraciət etmişdi” - İntihar edən qazi ilə bağlı İH-dən AÇIQLAMA

8796

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.


Yayılan məlumata görə, qazinin atası onun işlə bağlı problemlərinin olduğunu deyib:

"Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni, iş problemi var idi, sonda da belə oldu".


Məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaləddin Şavəddinovla əlaqə saxladıq.



X. Şavəddinov Bakupost.az -a açıqlamasında qeyd edib ki, işlə bağlı müraciət edilməyib:


“Anası müəllimə, atası isə Rusiyaya gedib-gələn adamdır. Ailədə iki qardaş olublar. İntihar edən qazimiz Vətən müharibəsində Füzuli-Qubadlı-Cəbrayıl istiqamətində döyüşüb. Bu hadisə gözlənilməz oldu. Bizə iş deyil, həyətyanı torpaq üçün müraciət etmişdi. Biz də bələdiyyəyə məktub göndərmişik. Bələdiyyə də bununla bağlı Əmlak Komitəsində məsələ qaldırıb ki, qazimizə torpaq verilsin.

Qeyd edim ki, rayonda Prezident tərəfindən təqaüd alan 17 qazimiz var. Eyni zamanda, rayonun 35 şəhidi var. Bizim təşkilat tərəfindən bütün şəhid, qazi ailələlərinə baş çəkilir və sosial durumunun yaxşılaşdırılması istiqamətində işləri həyata keçirilir”.



F. Söhrabqızı
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər