Ru
14:48 / 12 Mart 2021

“Sovetski” sakinlərindən ETİRAZ: "Bizi polis gücünə evdən sürüyüb çıxardılar" - VİDEO

4851
Bakının Yasamal rayonu, “Sovetski” adlanan ərazisinin sakinləri Nazirlər Kabinetinin qarşısında evlərinin söküntüsü ilə bağlı növbəti etiraz aksiyasını keçiriblər.

Bakupost.az xəbər verir ki, sakinlər “Sovetski”dəki evlərindən zorla çıxarıldıqlarını bildiriblər: “Qazı, işığı, suyu kəsdilər. Bizə bununla təzyiq göstərdilər ki, evdən çıxaq söksünlər. Qazsız, işıqsız kim yaşaya bilər? Evlər söküləndə müqavilə bağlamaq üçün bizi şəxsi notariuslarına göndərdilər. O zaman bizim ixtiyarımız yox idi ki, hansısa başqa notariusa gedək müqaviləmizi bağlayaq. Buna dəfələrlə etiraz etmişdik. Etiraz edənləri gəlib 10 günlük həbsə aparırdılar. Buldozerlə vurub divarı söküblər. Yaxşı ki, uşaq 10 dəqiqə işə tez gedib, yoxsa daşların arasında qalardı”.

Sakinlər iddia edir ki, onları həmin ərazidən cinayət tərkibi ilə köçürüblər: “Orda cinayət olub. Yaşayış ola-ola hansı sivil ölkədə görünüb ki, bir şəxsin evi sökülə? Deyirlər ki, könüllü razılaşma əsasında köçürülüb. Yalandır, polis gücünə olub. İnsanı evindən polislə gəlib sürüyüb çıxarmaq, evi buldozerin altına vermək könüllü razılaşmadır?”

Aksiya keçirilən ərazidən çəkilmiş görüntüləri təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər