Ru
21:28 / 16 İyul 2019

"Bizim üçün ağır oyun olacaq" - Qurban Qurbanov

1913
İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, yaxşı müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. BakuPost xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Albaniyanın "Partizani” komandası ilə 2019-2020-ci il mövsümünün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında bildirib. Qurban Qurbanov  bildirib ki, "Partizan” bizim üçün o qədər də uyğun rəqib deyil: "Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidirlər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Biz azarkeşlərimizi sevindirmək istəyirik”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər