Ru
16:06 / 14 Sentyabr 2020

BMT Belarusu islahatlara çağırdı

1337

“Belarusda ciddi insan haqları pozuntularına cavabdeh olanlar üçün dialoqa və hesabatlılığa ehtiyac var”.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Cenevrədə BMT İnsan Haqları Şurasının (HRC) 45-ci iclasında bildirib.

“Belarusda ictimai sülhün bərpası üçün dərin dialoq, islahatlar və ciddi insan haqları pozuntuları törədənlərin məsuliyyətə cəlb olunması tələb olunur”, - deyə Baçelet qeyd edib.

Bununla yanaşı Baçelet, komissiyanı şiddətin və narazılığın daha da artmasının qarşısını almaq üçün bu üç sahəyə diqqət yetirməyə çağırıb.

“Təhlükəsizlik qüvvələri tərəfindən işgəncə və digər pis rəftarlarla bağlı bütün iddialar sənədləşdirilməli və pozuntu törədənlərin məsuliyyətə cəlb edilməsi üçün araşdırılmalıdır” - deyə Mişel Baçelet bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər