Ru
20:27 / 27 Noyabr 2021

BMT-dən Azərbaycan və Ermənistana TƏKLİF

2381
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli sammitinin keçirilməsini alqışlayıb.

Bakupost.az xəbər verir ki, bunu şənbə günü Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“BMT-nin Baş katibi noyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli görüşü yüksək qiymətləndirir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan, o cümlədən, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupundan istifadə etməklə qalan məsələləri həll etməyə çağırır”, - Haq bildirib.

Fərhan Haq əlavə edib ki, Baş katib davamlı sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyi ilə bağlı BMT-nin mövqeyini təsdiqləyir və tərəfləri qalan məsələləri bütün mövcud formatlar, o cümlədən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında həll etməyə çağırır:

“BMT bu cür səyləri, o cümlədən, humanitar yardım göstərmək, yenidənqurma və bölgədə sülhün bərqərar edilməsinə kömək göstərməklə dəstəkləməyə hazırdır”.
Şərhlər
  • Fizuli

    ATƏT-i məsələyə daxil edib yenə 30 il vaxt iirmək Azərbaycana lazımdırmı ?Əgər bu olacaqsa o zaman tərkib dəyişməli,buraya digər Avrops ölkələri daxil edilməlidir. Fransa və ABŞ çıxarılmalıdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər