Ru
02:06 / 20 Oktyabr 2020

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə etdi

1446
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

Bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri üzrə jurnalistlərə açıqlamasında deyib.

V.Nebenzya bildirib: "Hazırda icranı (atəşkəs rejiminin icrasını - red.) təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib".

Onun sözlərinə görə, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir: "Əlbətdə ki, bu məsələ məsləhətləşmələr zamanı müzakirə olundu və Təhlükəsizlik Şurası yanaşmalarında kifayət qədər vahid mövqedən çıxış edib".

Eyni zamanda V.Nebenzya regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatının lazım olduğunu izah edib: "Bu sürətli bir proses deyil. Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub".

Daim nümayəndə qeyd edib ki, müşahidə ATƏT-in missiyası tərəfindən həyata keçirilə bilər: "Orada kimin və hansı vəzifədə olacağı - hələ müzakirə olunan bir məsələdir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər