Ru
10:55 / 14 Oktyabr 2019

BNA “Bravo”ya qarşı? – Aybəniz Haşımova yenə hiddətləndi - FOTO

8671

Xalq artisti Aybəniz Haşımova Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə etirazını bildirib.

BakuPost xəbər verir ki, Mais Ağayevin bu günlərdə İctimai Televiziyada qatıldığı verilişdə söylədiyi “Aybəniz Haşımova statusunu yanıldığı üçün sildi” cümləsi xalq artistinin qəzəbinə səbəb olub.

“O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra, hörmətli Mais bəy mənə telefon edərək, şikayətimlə maraqlandı və Mais bəyin məsələ ilə bağlı maraqlanacağına güvənərək, statusun altında yazılan rəylər onu narahat etdiyinə görə, yazdığım statusu pozdum. Sırf sizi öncədən, sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün sizə xatir pozdum. İndi mənə göndərilən videoya baxıb görürəm ki, İctimai TV-də deyirsiniz ki, Aybəniz xanım yazdığı statusunu yanıldığı üçün silib.

Bravo marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və siz də dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ cərimə olunan 20 manat dərdi deyil. Əgər Bravo marketin, yaxud da digər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa, bunu insanlara bildirin. İnsanlar da bilsin ki, Bravo marketdən alış-veriş etmək üçün yalnız taksi xidmətindən istifadə etməlidir, öz şəxsi maşınından yox. O ki, qaldı nümunə olmağa, Siz deyəsən, məni indiyə kimi heç tanımamısınız. Favorit və Bravo marketin qabağında ödəniş aparatı qoyulub və marketə daxil olan insanlar ödəniş edir, amma evlərinə çatmamış artıq BNA-dan cəriməsi gəlir adamın telefonuna. Bunu necə başa düşək? O zaman əgər o yerlərdə maşın saxlamağa qadağa varsa, onda zəhmət olmasa bunu bildirən işarə qoyulsun”

Qeyd edək ki, bu günlərdə məhəllədə saxladığı avtomobili cərimələnən xalq artisti bununla bağlı sosial şəbəkədə etiraz statusu yazmış və bir neçə dəqiqə sonra statusu səhifəsindən silmişdi.


Günel Musa
BAKUPOST


Şərhlər
  • namiq

    o gözəl xanımdı...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər