15:21 / 02 Oktyabr 2021

Boks üzrə dünya çempionatı İstanbulda keçiriləcək

681
Qadınlar arasında boks üzrə dünya çempionatının yeri və vaxtı müəyyyənləşib.

Bakupost.az xəbər verir ki, yarış dekabrın əvvəlində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Dəqiq tarixlər daha sonra açıqlanacaq.

AİBA prezidenti Umar Kremlev mükafat fondunun kişilərin turniri ilə eyni olacağını bildirib: "Mundialın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Birinci yerin sahibi 100 min, gümüş medalçılar 50 min, bürünc medal qazanan boksçu isə 25 min dollar əldə edəcək".

Qeyd edək ki, kişilər arasında dünya çempionatı 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər