Ru
11:49 / 25 Yanvar 2020

Borcu olan 16 şəxs saxlanıldı - STATİSTİKA

1910
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər