Ru
14:34 / 13 Noyabr 2021

Səfirlərin arvadlarına maaş istəməsi utancvericidir - Tural Abbaslı

14699
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin xaricdəki diplomatik nümayəndəliklərində işləyən diplomatlarla bağlı yeni təklif verib.

“Xarici İşlər Nazirliyi xaricdəki diplomatik nümayəndəliklərdə işləyən diplomatlarla bağlı bizə müraciət ediblər. Təklif edirlər ki, səfirlərin, diplomatların həyat yoldaşlarına da maaş təyin olunsun”, - deyə maliyyə naziri Samir Şərifov bildirib.

Məsələ ilə bağlı Bakupost.az -a danışan Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, əgər kiminsə həyat yoldaşına maaş veriləcəksə, bunlar cəbhə xəttində fəaliyyət göstərən zabitlərin həyat yoldaşları olmalıdır:

“Səfirliklər, konsulluqlar təmsil olunduğu ölkədə daim öz ölkəsinin maraqlarını təmin etməyə çalışamalı olan bir qurumdur. Bizə dost olmayan ölkələrdə belə səfirliklərimiz fəaliyyət göstərir. Onlar orada Azərbaycanın marağını, dəyərlərini, obrazını, kimliyini müdafiə edən bir orqandır.

Amma təəssüf ki, bu təklifi verən adamlar bizim diplomatik korpusda fəaliyyət göstərir. Siz bir müharibənin ortasındasınız, necə öz rahatlığınız, əlavə firavanlığınızı düşünə bilərsiniz? Heç kimə sirr deyil ki, Azərbaycan səfirləri dünyanın harasında olursa-olsunlar çox yüksək səviyyədə yaşayırlar. Yəni kasıblıq, yoxsulluq çəkmirlər”.


Tural Abbaslı qeyd edib ki, əgər buna biznes kimi baxırlarsa, aldıqları məvacibdən daha çox məvacib təklif olunsa, oradakı fəaliyyətlərini, postlarını təhvil verəcəklər:


“Bu gün həyat yoldaşına əlavə maaş istəyirlərsə, sabah oğluna, biri gün atasına da maaş verin deyəcəklər. Bu savaş ruhuna, diplomatik danışıqlara uyğun deyil. Ən azından bunu təklif edənlər Topçubaşovdan utanmalıdır. Topçubaşov Azərbaycanın müstəqilliyini tanıtmağa çalışdığı Paris Sülh Konfransında xaricdə qaldığı müddətdə heç bir maaş istəmirdi. Sadəcə xahiş edir ki, heç olmasa qaldığım otelin pulunu ödəyin, işimi görüm. Topçubaşovun “davamçıları” bu gün deyirlər ki, bizim yoldaşlarımıza da maaş verin. Bu utancverici təklifdir. Digər tərəfdən, əgər kiminsə həyat yoldaşına maaş veriləcəksə, bu maaşlar ilk öncə cəbhə xəttində fəaliyyət göstərən zabitlərin həyat yoldaşlarına verilməlidir. İllərlə zabitlərimiz ailə-uşaqları ilə rayon-rayon gəzir, ev, yuva qura bilmirlər.

Pandemiya şəraitində bu təklifi hazırlayanları qınayıram. Sabah deyəcəklər, boşanmış səfirlərin həyat yoldaşlarına alimenti də dövlət versin. Bu Azərbaycanın qalib, vətənpərvərlik, fədakarlıq əhval-ruhiyəsinə qətiyyən uyğun gəlməyən bir təklifdir”.

Baku Post




Şərhlər
  • Zəhra

    Elə tələbi irəli sürən səfirin ağlına şübhə edirəm.Belə adam Azərbaycanı necə idarə edə bilər başqa ölkədə.O səfirin arvadı qazidimi.Ayıb olsun belə səfirlərlə.Vetikıcək pul şəhid ailəsinə və qazilər verilməlidir.Çunki onların qanı canı bahasına torpaqlar alındı.Belə ağılsızkarı kim səfir qoyub.Biyabırçıklqdı vallsh

  • Ayaz Memmedoglu

    Bele sefirler ne derecede ağıla sahibdi ilk önce onu test etmək lazımdı belke olar arvadla yatdıgına ğörede pul teleb edir cox ğülünc düşük bambılı axmaq teklifdi

  • Fərhad

    Belə təklifi verən diplomatn ağıl dərəcəsi yoxlanılmalıdır.Düşüncəsi belə olanın diplomat kimİ ölkəni təmsil etmə qabiliyyətİ öncədən bəllidir. Niyə it.pişiklərinin qidalanmasını yaddan çıxarırlar? onu da istəsinlər. BƏZİ MƏMURLARIN HƏYASIZLIĞININ HƏDDİ-HÜDUDU YOXDUR.BUNLARI KİM VƏ HARADAN TAPIbB VƏZİFƏ VERİR?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər