Ru
13:58 / 29 Yanvar 2020

“Bravo”da əməkdar jurnalistin bütün əşyaları oğurlandı - FOTO

1902
Əməkdar jurnalist Tahir Aydınoğlunun bütün şəxsi əşyaları “Bravo” mağazasının saxlanma şkafından oğurlanıb.

BakuPost xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə paylaşım edib.


Onun yazdığına görə, hadisə ötən gün axşam 17:45 radələrində Bülbül prospektində yerləşən “Bravo ekspress” marketində olub:

“Bütün sənədlərim, bir neçə açarım, üç müxtəlif markalı mobil telefonum, bank kartlarım olan əl çantamı bir anın içində mağazanın şkafından oğurladılar.

“102” xidməti vasitəsi ilə polisə məlumat verdim. Ərizə yazdım. Oğrunun təsviri mağazanın kamerası vasitəsilə aşkar edilib. İnanıram ki, polis orqanları ən qısa müddətdə oğrunu aşkar edib, həyat üçün zəruri olan əşyalarımı geri qaytaracaqlar”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər