Ru
09:16 / 25 Noyabr 2020

"Brent" neftinin qiyməti 48 dolları ötdü

876
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 48 dolları keçib.

"BakuPost"un məlumatına görə, Bakı vaxtı ilə saat 09:08-də "Brent"ın 1 barelinin qiyməti 0,98% artaraq 48,25 dollar təşkil edib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 48 dollarda yuxarı martın 6-dan qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,96% artaraq 45,34 dollar təşkil edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər