Ru
22:49 / 04 Noyabr 2019

Britaniyada 39 nəfərin ölümü ilə bağlı əməliyyat...

1855
Britaniyanın Esseks qraflığında aşkarlanan 39 cəsədin Vyetnam vətəndaşlarına aid olduğu dəqiqləşdikdən sonra bu ölkənin polisi 8 nəfəri həbs edib.

BakuPost xəbər verir ki, Vyetnam rəsmilərindən ibarət bir qrup həmin 39 cəsədin (38 kişi, 1 qadın) şəxsiyyətini müəyyənləşdirmək üçün Britaniyaya gəlib.


Araşdırmalar nəticəsində qaçaqmalçılıq və insan alveri ilə əlaqəli 8 nəfər həbs edilib.


Xatırladaq ki, oktyabrın 23-də Britaniyanın Esseks qraflığının polisi yük maşınında 39 cəsəd aşkarlayıb. Cəsədlərin tapıldığı konteynerin Purflitə Belçikanın Zebrügge şəhərindən, yük maşınının isə Şimali İrlandiyadan gəldiyi məlum olub.

Cinayət işi ilə əlaqədar yük maşınının sürücüsü, daha sonra isə üç şübhəli saxlanılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər