Ru
14:03 / 09 Noyabr 2019

BŞBPİ-dən Müsavat partiyasının rəhbərliyinə XƏBƏRDARLIQ

2491
Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, eləcə də Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli və Razim Əmiraslanlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

Bu barədə BakuPost.az-a Gülağa Aslanlı məlumat verib.


O bildirib ki, idarədə onlara noyabrın 12-də paytaxtda hər hansı bir aksiya keçirəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.
Bundan sonra Müsavat partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəklərini elan edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər