Ru
10:57 / 20 Yanvar 2020

"Bu cəhətdən YAP-ın namizədlərinin üstünlüyü var" - Siyavuş Novruzov

2118
"Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar parlament seçkilərinə 123 nəfərin namizədliyi irəli sürülüb və qeydiyata alınıb".

BakuPost.az-ın məlumatına görə, bunu açıqlamasında Siyavuş Novruzov deyib. O bildirib ki, yanvarın 17-dən təbliğat-təşviqat kampaniyasınına başlanılıb:


"Bu kampaniyada hər bir namizəd iştirak edir. Hər bir namizəd üçün şərait yaradılıb, qapalı və açıq yerlər müəyyənləşdirilib. Biz əsas üstünlük veririk ki, vətəndaşların yaşadığı ərazilərdə, məhlələrdə, küçələrdə görüşlər keçirilsin. Prezidentimizin apardığı siyasət birbaşa insanlara çatdırılsın. Bu cəhətdən YAP-ın namizədlərinin üstünlüyü var. Bu seçkiləri də uğurla başa çatdıracağımızı düşünürük".




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər