Ru
15:06 / 15 Fevral 2020

MSK Rəşad Mahmudovun xeyrinə qərar verdi

2630
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən daxil olan şikayətlərə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Validə Kazımova MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

V. Kazımova bildirib ki, araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib.

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələri qüvvədə qalması ilə qərar qəbul edib.

Bu darədən lider namizəd Rəşad Mahmudovdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər