Ru
09:11 / 22 İyun 2022

Bədbəxt oğlu deputatın maaşı hamının gözünə batır, yetimlər kasıblıqla dolanır - Aqil Abbas

4112
Bu gün səhər eşitmişəm ki, millət vəkillərinin maaşı artıb. Zəng vurmuşdular ki, xəbəriniz varmı maaşlarınızı artıblar. Təbii ki, ölkəmizdə zaman-zaman maaşlar artırılır, hakimlərin, həkimlərin, digər dövlət qulluçularını da maaşlarının artdığını görmüşük. Deputatların məvacibləri müəyyən şəxslərin maaşları ilə bir səviyyədə tutulur. Amma nədənsə heç kəsin artan maaşı gözə dəymir, bədbəxt oğlu deputatın maaşı hamının gözünə batır.



Bakupost.az xəbər veirr ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Teleqraf.com-a deputatların maaşlarının artmını şərh edərkən deyib:


"Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Mənə bu barədə söz deyənlərə dedim ki, buyurun, telefonuma gələn mesajları açaq, oxuyaq, sonra danışarıq. İndi də deyirlər ki, maaşınız niyə artıb? Bunu biz eləmirik ki... Artıb-artıb da... Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər".



Aqil Abbas Konstitusiya Məhkəməsinin, rayon məhkəmləri hakimlərinin, ombudsmanın da maaşının artdığını xatırladıb: "Onlar barədə bir söz deyən yoxdur. Ancaq söyülmək üçün elə deputatları nişan verirlər. Qoy söysünlər, neyləyək?



O gün eşitdim Xeyrəddin Qoca deyib ki, deputatlar restoran biznesi ilə məşğul olur. Bəlkə hansı deputatınsa restoranı var, mənim xəbərim yoxdur. Xeyrəddin Qoca da vaxtilə deputat olub, görəsən, onun da restoran biznesi olub? Özündən bunu da soruşmaq lazımdır".

Şərhlər
  • t.ədalət

    Əlbəttə,deputatların maaşlarınıln artması növbəti seçkilərdə mandatalmanın da xərcini bir-neçə qat artıracaq.Amma,Aqil Abbasın dediyi kimi,"deputatın maaşı heç kimin gözünə batmır".Sadəcə olaraq,dünyanın heç yerində olmadığı kimi,yəni,hərbiçidən deputatın maaşının bir-neçə dəfə çox olması ölkənin məzmununu müstəmləkə rejimi ilə eyniləşdirir.Bəlkə,fransızlar kimi müstəmləkələrdə yaşayan adamların yaşadığı mənzillərin tavanını da xeyli aşağı endirib adamların dik dayana bilməsini də əngəlləyəsiniz?Düzdür,Qaçqınkom son illərdə qaçqınlara tikilən mənzillərdə bunu nəzərə alıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər