Ru
19:12 / 04 Dekabr 2021

"Bu dövlətlər Türkiyənin pilotsuz uçuş aparatlarını almaqda maraqlıdır" - Çavuşoğlu

1857
“Bir sıra Avropa İttifaqı və NATO dövlətləri Türkiyənin hərbi pilotsuz uçuş aparatlarını almaqda maraqlıdır”.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirilən “Müdafiə və Aviasiya Sənayesi üzrə Qlobal Strategiyalar - 2021” konfransında bildirib.

“Pilotsuz təyyarələrin Polşa tərəfindən alınması bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki NATO və Aİ üzvü olan bir ölkə ilk dəfə olaraq hərbi arsenalını Türkiyə istehsalı olan texnika ilə təchiz edir. Hazırda Avropa İttifaqının və NATO-nun bir sıra digər ölkələri bizim bu növ hərbi məhsullarımızla maraqlanır”, - deyə o qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər