Ru
09:57 / 30 Sentyabr 2019

Bu gün Qubada qaz olmayacaq

1684
Sentyabrın 30-da səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

Bu barədə BakuPost.az-a "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq. Bundan başqa, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək. Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər