Ru
12:59 / 15 Noyabr 2019

"Bu gedişlə Oqtay Gülalıyevi itirəcəyik" - Əvəz Zeynallı

2073
"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağırdır”.

BakuPost məlumat verir ki, bu barədə Türkiyədə olan jurnalist Əvəz Zeynallı "Facebook"da status paylaşıb:


"Oktay Gülalıyevin həyat yoldaşı, qardaşı və qardaşı oğlu ilə görüşdüm. Oktay bəyin səhhəti çox ağırdır. Bu gedişlə onu itirə bilərik. Ağ ciyərində problem yaranıb, Türkiyəyə gətiriləndən eyni vəziyyətdə saxlanılır. Oktay bəyin təcili bu sahədə ən peşəkar həkimlərin olduğu ölkələrə aparılması, ya da o həkimlərin Oktay bəyə baxması üçün İstanbula gətirilməsi lazım. Almaniya, İsrail və digər ölkələrdə yerləşən xəstəxanalar həmkarımıza və dostumuza kömək edə bilər. Oktay bəyin yoldaşı da buna səsləyir hamını - dünyanın ən yaxşı həkimləri səfərbər olunmalıdırlar. Azərbaycan bir daha və yenidən ayağa qalxmalı, Oktay Gülalıyevə sahib çıxmalıdır!"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər