Ru
16:38 / 05 Dekabr 2021

Bu gün 1 394 nəfər koronaya yoluxdu

1465
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 394 yeni yoluxma faktı qeydə alınıb, 1 791 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 564 577 nəfər müalicə olunaraq sağalıb, 7 967 nəfər vəfat edib, aktiv xəstə sayı 23 844 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 503, ötən müddət ərzində isə ümumilikdə 5 602 773 test aparılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər