16:40 / 21 Noyabr 2021

Bu gün 1 889 nəfər koronaya yoluxdu

711
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 889 yeni yoluxma faktı qeydə alınıb, 2 537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7 624 nəfər vəfat edib, aktiv xəstə sayı 28 139 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 740, ötən müddət ərzində isə ümumilikdə 5 443 180 test aparılıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər