Ru
00:07 / 13 Avqust 2019

Bu gün 10 komanda pley-off mərhələsinə yüksələcək

3208
Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçiriləcək. BakuPost-un  APA-ya istinadən məlumatına görə, cavab qarşılaşmaları çərçivəsində 10 matç baş tutacaq. Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edəcək. Qalib gələcək 10 komanda yarışın pley-off mərhələsinə yüksələcək. Azərbaycan çempionu "Qarabağ” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Kipr APOEL-ini qəbul edəcək. Ağdam klubunun potensial rəqibləri də cavab matçlarını keçirəcək. Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, "Ayaks” – PAOK cütünün qalibi ilə oynayacaq. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməyib – 2:2. Qonşu Türkiyənin vitse-çempionu "Başakşəhər” Yunanıstanda "Olimpiakos” önünə çıxacaq. İstanbullular evdəki minimalhesablı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaqlar. Çempionlar Liqası III təsnifat mərhələsi Cavab oyunları 13 avqust
Çempionlar yolu

 

 
20:30. "Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) İlk oyun – 2:1 21:00. "Rusenborq” (Norveç) - "Maribor” (Sloveniya) İlk oyun – 3:1 22:00. "Ferensvaroş" (Macarstan) – "Dinamo” (Xorvatiya) İlk oyun - 1:1 22:00. "Kopenhagen” (Danimarka) – "Srvena Zvezda” (Serbiya) İlk oyun – 1:1 22:30. "Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) İlk oyun - 2:2 22:45. "Seltik" (Şotlandiya) – ÇFR (Kluj, Rumıniya) İlk oyun - 1:1
 

Liqa yolu
21:30. "Dinamo” (Kiyev, Ukrayna) – "Brügge” (Belçika) İlk oyun - 0:1 22:30. "Olimpiakos” (Yunanıstan) – "Başakşəhər” (Türkiyə) İlk oyun - 1:0 22:30. LASK (Avstriya) – "Bazel” (İsveçrə) İlk oyun - 2:1 23:00. "Portu” (Portuqaliya) – "Krasnodar” (Rusiya) İlk oyun - 1:0
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər