Ru
09:33 / 27 Dekabr 2019

Bu gün bu ərazidə qaz olmayacaq

2175
Bu gün səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyindən BakuPost-a verilən məlumata görə, fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil. Belə ki, Xırdalan şəhərinin Heydər Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb.


Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər