Ru
09:55 / 29 Oktyabr 2019

Bu gün bu ərazilərdə qaz olmayacaq

1376
Bu gün Zaqatala, Kürdəmir və Goranboyda qaz təchizatında fasilələr olacaq.

“Azəriqaz” İB-dən BakuPost.az-a verilən məlumata görə, oktyabrın 29-da Zaqatala rayonu, Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 mm olan orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq.

“Azə”Kürdəmir rayonunda isə diametri 219 mm olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək. Bundan başqa Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər