Ru
12:46 / 21 Dekabr 2019

Bu gün Ömər Eldarovun doğum günüdür

2737
Bu gün Azərbaycanın məşhur heykəltaraşı, xalq rəssamı, AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 92 yaşı tamam olur.

BakuPost.az xəbər verir ki,Ömər Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. O, Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib.


1946-cı ildən etibarən müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub.

Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.

Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib.

Məşhur heykəltaraşın yaratmış olduğu əsərləri sırasında Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin, şairə Natəvanın, mütəfəkkir şair Məhəmməd Füzulinin ,dramaturq Hüseyn Cavidin ,İbn Sinanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun, dirijor Niyazinin, yazıçı Süleyman Rəhimovun, bəstəkar Fikrət Əmirovun, rəssam Səttar Bəhlulzadənin, professor Lütfi Zadənin və bir çox görkəmli şəxsiyyətin abidələri var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər