Ru
11:53 / 15 Noyabr 2019

Bu gündən istilik mövsümünə start verilir

1644
“Azəristiliktəchizat” ASC bu gündən başlayaraq mənzillərə, təhsil və səhiyyə müəssisələrinə, digər sosial obyektlərə istilik verəcək.

BakuPost xəbər verir ki, bununla da ölkədə istilik mövsümünə start veriləcək.


Xatırladaq ki, 2005-2019-cu illərdə Azərbaycanda 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa edilib.

Ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyektlər “Azəristiliktəhcizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər