Ru
13:18 / 17 Fevral 2020

"Bu, haqsızlıqdır" - Elçin Cəfərovdan qalmaqallı açıqlama

1859

“Altın Kelebek” mükafat mərasimində “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasına namizəd olan müğənni Elçin Cəfərov sosial şəbəkədə qalmaqallı açıqlama yayıb.

Sənətçi instaqramda təşkilatçıların haqsızlıq etdiyini iddia edib: “Təşkilatçılar, sözüm sizədir! Haqsızlığa heç zaman susmamışam, susmayacam da! Bu yarışda bizimlə ən başdan bəri laqeyd davranıldı. Öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdur? Yoxsa bilmədiyimiz nə baş verir?”.

Bundan əlavə, Elçin İstanbula yalnız xanımların aparıldığını, qalibin isə kişi olmayacağını bildirib: “Ən son danışığımızda isə bu sözü eşitdik: Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur. Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Hər zaman izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb ümidlə mənə səs göndəriblər.

Bu, onlara haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə, uğuruna sevinəcəm. Əksinə, yanında olub dəstək olardıq. Onu da qeyd edim ki, yanlış anlaşılmasın, burada söhbət maddiyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin”.
"Bu, haqsızlıqdır"  - Elçin Cəfərovdan qalmaqallı açıqlama
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər