Ru
15:44 / 23 Aprel 2019

Bu il 208 min itə peyvənd vurulub - RƏSMİ

2805
 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bu il quduzluq xəstəliyinə qarşı 207 850 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə) peyvəndləmə tədbiri aparıb. 


Bakupost.az-ın DBX-yə istinadən xəbərinə görə, qurum xəstəliyin təhlükəli olduğunu nəzərə alaraq heyvan sahiblərinə ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və yaxud cırmaqlanma baş verdiyi halda dərhal ərazidəki baytar həkimə müraciət etməyi tövsiyə edib, eləcə də insanları ehtiyatlı olmağa, hər hansı bir heyvan tərəfindən dişləmə və yaxud cırmaqlanma baş verdiyi halda dərhal səhiyyə ocaqlarına müraciət etməyə və antirabik vaksinini vaxtında vurdurmağa çağırıb.  

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər