Ru
10:42 / 18 May 2019

Bu il Azərbaycanda neçə nəfər evlənib? STATİSTİKA

1860
Bu ilin I rübündə ölkədə 14 811 ölüm halı qeydə alınıb.


Bakupost xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.


Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.


Bu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3 972 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.


Bundan başqa, bu ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 398 nəfər Azərbaycana gələn, 336 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 62 nəfər təşkil edib.


         

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər