Ru
15:46 / 11 Sentyabr 2020

Bu il dərman və tibbi ləvazimatların satışı 123 milyon manat artıb

2737
Bu ilin yanvar-avqust aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 439,6 mln. manat xərcləyib.

"BakuPost" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37,7% və ya 120,3 mln. manat artıb. Təkcə avqust ayında isə əhaliyə 56,3 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da iyul ayı ilə müqayisədə 11,6% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər