Ru
08:08 / 23 İyun 2020

Bu il Həcc ziyarəti ləğv edildi - Səudiyyə Ərəbistanı qərar verdi

5452
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv edib.

"BakuPost"un məlumatına görə, bu barədə "Sky News Arabia" məlumat yayıb. Məkkə və Mədinə kimi müqəddəs məkanlara ziyarətin ləğv edilməsinə səbəb dünyanı cənginə alan koronavirus pandemiyasıdır.

"Bu il Həcc ziyarəti ölkə ərazisində yaşayan müxtəlif millətlərdən olan çox az sayda zəvvarın iştirakı ilə baş tutacaq".

Xatırladaq ki. bu il Həcc ziyarəti iyulun sonlarında başlayacaq. Hər il Məkkəni mövsümündə milyonlarla müsəlman ziyarət edirdi.

Səudiyyə Ərəbistanı koronavirusa yoluxma sayına görə ərəb ölkələri arasında liderdir. Ölkədə 161 mindən çox yoluxma qeydə alınıb. 1307 nəfər ölüb. Pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində məscidlərin fəaliyyəti martın sonlarından dayandırılmışdı. İyundan isə onların mərhələli şəkildə açılması başlanılıb. Lakin müqəddəs şəhərlərdəki ibazdət məkanları hələ də fəaliyyət göstərmir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər