Ru
15:44 / 26 İyun 2019

"Bu kimi hallar insanların özlərinə zərər verə bilər" - Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

3280
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın halları ilə bağlı vətəndaşlara müraciət edib.

Bakupost xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, insanlar diqqətli olmalıdır: "Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər.


Nazirliyin marifləndirici çarxları Kütləvi İnformasiya Vasitələrində mütəmadi yayımlanır. İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar. Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə, biz siqareti, zibili nəinki quru otlağa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər