Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - BAKIDA

  • 19 Avq 2019 12:55
  • 541 Baxış
Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq -  BAKIDA
Avqustun 20-dən etibarən Bakının Mirzağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.




Bu barədə Bakupost-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.




Tikinti işləri bir həftə müddətinə qədər davam edəcək.




Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə edilir.