Böyük Britaniyada tələbələr
iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün etiraz aksiyası keçiriblər. BakuPost-un xarici mediaya istinadən məlumatına görə, etiraza Parlament Meydanının qarşısından başlayan aksiya
iştirakçıları bu ölkənin Nazirlər Kabinetinin yerləşdiyi küçəyə doğru irəliləyiblər.
Onlar İqlim dəyişikliyinə qarşı hərəkət etmək üçün şüarlar səsləndirib. Aksiya
iştirakçıları sənaye inqilabından bəri atmosferin çirkləndiyini və hökumətin
iqlim dəyişikliyinə biganə qaldığını bildiriblər.