Ru
17:55 / 15 Aprel 2021

Bu marşrutların hərəkət qrafiki dəyişdirilir - Sabahdan

2763
Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Bakupost.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən:

51 və 57 nömrəli marşrutlar:

- X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi;

M1,M2,M6,43 nömrəli marşrutlar:

- “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut - “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə;

11 nömrəli müntəzəm marşrut - Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi - İlqar Zülfüqarov küçəsi üzrə hərəkəti müəyyən edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər