Ru
21:44 / 06 Noyabr 2019

Bu ölkədə 60 jurnalist öldürüldü

1287
Ukrayna Ali Radasının söz azadlığı məsələləri komitəsinin sədri Nestor Şufriç bildirib ki, 1992-ci ildən Ukraynada 60 jurnalist həlak olub.

BakuPost Azərtac-a istinadən xəbər verir ki, o, bunu parlamentdə “Ukraynada jurnalistlərin fəaliyyətinin təhlükəsizliyi: vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda dinləmələr zamanı bəyan edib.


N.Şufriç deyib: “Bu gün ölkəmizdə jurnalistlərə güc tətbiqi halları, təəssüf ki, adi hala çevrilib. KİV işçilərinə qarşı cinayətlərin 92 faizi cəzasız qalır, jurnalistlərə hücumla bağlı hər 12 işdən yalnız biri məhkəməyə göndərilir”.


Komitə başçısı onu da bildirib ki, qanunvericiliyə görə, KİV əməkdaşına hücum hüquq-mühafizə orqanları əməkdaşına hücumla bərabər tutulur. O, jurnalistlərin peşə fəaliyyətinə əngəl olmağın ciddi cəzalandırılmasının zəruri olduğunu vurğulayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər