Ru
21:42 / 11 Dekabr 2019

Bu ölkədə pensiya min avroya qaldırılır

1468
Fransanın Baş naziri Eduard Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib.

BakuPost xəbər verir ki, hökumətin rəhbəri bu barədə pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, islahatlar üç - universallıq, bərabərlik və məsuliyyətlilik - prinsipə əsaslanır. Bununla yanaşı, Baş nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.

Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər