Bu ölkədən diri quş və quş məhsulları idxal edilməyəcək - Səbəb

  • 10 Yan 2020 10:26
  • 3573 Baxış
Bu ölkədən diri quş və quş məhsulları idxal edilməyəcək -  Səbəb



Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə məlumat yayıb.

AQTA-dan BakuPost-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşanın Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib.


Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət olunub.



X