Ru
17:30 / 13 Aprel 2021

Bu qurumun işçiləri ikiqat maaş və cərimələrdən faiz alacaqlar

2361
Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində əlavə alacaqlar.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilir ki, prokurorluq işçilərinin maddi təminatı gücləndirilməsi məqsədilə qanuna yeni maddə əlavə edilir.

Digər dəyişiklik isə Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödənilməsi ilə bağlıdır.

Bundan başqa, cinayət işi və bəzi inzibati cərimələrdən büdcəyə daxil olan vəsaitlərin bir hissəsi prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi texniki bazasının möhkəmləndirmək məqsədilə prokurorluğun xəzinə hesabına köçürüləcək.

“Prokurorluq haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı layihəyə əsasən, həmin ödənişlər aşağıdakılardır:

- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

- İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi;

Hər iki layihə müzakirə edilərək I oxunuşda təsdiqlənib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər