Ru
10:04 / 15 Sentyabr 2020

Bu rayonun bələdiyyə sədrinə cinayət işi açıldı

2223

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, həmin tədbirlərdən biri kimi, Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun qanunsuz hərəkətləri barədə daxil olan müraciət əsasında Qazax Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla Ariz Bayramovun tamah niyyəti ilə Dağkəsəmən bələdiyyəsinə məxsus 0.3 hektar torpaq sahəsinin satılması barədə qərara və kassa mədaxil orderinin qəbzinə vətəndaşın məlumatlarını, habelə 06.10.2006-cı il tarixdə guya alqı-satqı aparılmasına dair qeydlər yazmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün imzası və bələdiyyənin möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Şərhlər
  • Deyanet

    bu necə xəbərdi? BAşlıqda yazirsiz "bu rayonun bələdiyyə sədri", ancaq xəbərin içində kəndin bələdiyyə sədri çıxır. Əvvəla, rayonun bələdiyyə sədri olmur.zəhmət çəkib biliklərinizi artırın. İkincisi, Dağ Kəsəmən kəndi Ağstafanındır, ona niyə Qazaxda ona iş açılsır? bunu da dəqiqləşdirib sonra xəbər yayın. Xalqı avam yerinə qoymayın

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər