Ru
12:35 / 11 May 2021

Bu restoranda karantin qaydaları pozuldu

2132
Qəbələdə karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Soyuq bulaq” restoranının gecə saat 1 radələrində sanitar–epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən restoranın sahibi Cavid Vahabovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.

C.Vahabov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər