Ru
17:18 / 13 Aprel 2021

Bu şəxslər Prezident və deputat ola bilməyəcək - Qanuna dəyişiklik

2434
Din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər