Ru
09:00 / 05 Fevral 2020

Bu smartfonların istehsalı dayandırılacaq

1977
"TCL Communications" şirkəti "BlackBerry" brendinin fəaliyyətinin dayandırılmasını açıqlayıb.

BakuPost "ICTnews"a istinadən xəbər verir ki, bəyanata görə, bu il "BlackBerry" mobil brendinin fəaliyyəti dayandırılacaq.


Bu brendli qurğuların istehsalı hüququna malik "TCL Communications" şirkəti 31 avqust 2020-ci ildən sonra smartfonların satışını dayandıracaq. Şirkət 31 avqust 2022-ci ilədək "BlackBerry" istifadəçilərinə texniki xidmət göstərəcək.

"BlackBerry" brendi 2016-cı ilin dekabrından qurğuların buraxılışı və satışı hüququna malik "TCL Communications" şirkətinə məxsusdur. Bundan əvvəl "BlackBerry" şirkəti smartfonların istehsalından imtina edərək proqram təminatına üstünlük verib."BlackBerry" telefon və smartfonları biznes üçün nəzərdə tutulması, fərdi məlumatların mühafizəsi və fiziki "QWERTY" klaviaturası kimi xüsusiyyətləri ilə seçilir.

Qeyd edək ki, "BlackBerry" markalı ilk qurğu 1997-ci ildə "Research In Motion" şirkəti tərəfindən buraxılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər